Futbol üzrə Türkiyə Super Liqasında 38-ci tura yekun vurulub
Futbol üzrə Türkiyə Super Liqasında sonuncu turun oyunları keçirilib.

TRT Sporun xəbərinə görə dünən daha dörd qarşılaşma baş tutub.
“Sivasspor” doğma meydanda “Kayserispor”a qalib gəlib. Altı qolun qeydə alındığı “Altay” – “Kasımpaşa” matçında qonaqlar inamlı qələbəyə seviniblər.
“Fənərbaxça” “Yeni Malatyaspor”la səfər oyununda 5 cavabsız qola sevinib. İstanbulun digər təmsilçisi “Beşiktaş” isə “Konyaspor”la qarşılaşmadan 1 xalla ayrılıb.
Türkiyə Super Liqası
38-ci tur
20 may
Antalyaspor – Qalatasaray 1:1
Qol: Ndao, 45 – M.Məhəmməd, 77.
Qaziantep – Rizəspor 2:0
Qol: Stankovski, 41. Maksim, 58.
21 may
Altay – Kasımpaşa 2:4
Qol: İ.Öztürk, 45+1. Kappel, 81-pen – Eysserik, 35; 50. U.Bozok, 42; 63.
Sivasspor – Kayserispor 2:1
Qol: J.Feliks, 21. K.Kesgin, 63 – M.Kardozo, 56.
Beşiktaş – Konyaspor 1:1
Qol: K.Karaman, 90+1 – Rahmanoviç, 42.
Yeni Malatyaspor – Fənərbaxça 0:5
Qol: S.Dursun, 32. S.Aziz, 57. İ.Kahveci, 75. Valensiya, 77; 89.
22 may
17:00. Başakşəhər – Trabzonspor
Әlaqәli Xәbәrlәr

Super Liqada səfərdə azərkeş qadağası ləğv edildi
Türkiyə Futbol Federasiyasının İdarə Heyəti Mehmet Büyükekşinin rəhbərliyində Rivada iclas keçirib.

Aralıq dəniz Oyunlarının beşinci günündə qadın güləşçilərimiz tüğyan etdi
TRT spor xəbər verir ki, 5-ci gündə üç güləşçimiz qızıl medal qazanıb.