Bu gün dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün dörddəbir final mərhələsinin ilk oyunlarına iki matçla yekun vurulacaq.

1808199

Hər iki qarşılaşma Türkiyə vaxtı ilə saat 22:00-də start götürəcək.

Gecənin maraqla gözlənilən matçı İngiltərədə turnirin son qalibi "Çelsi" ilə İspaniyanın "Real Madrid" klubu arasında keçiriləcək. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Gecənin digər matçında Almaniyanın "Bavariya" komandası İspaniyada cari mövsüm turnirin sürpriz kollektivi "Vilyarreal"ın qonağı olacaq. La Liqa təmsilçisi əvvəlki raundda İtaliyanın "Yuventus" klubunu mübarizədən kənarlaşdırmaqla sensasiyaya imza atıb. Görüşün baş hakimi ingiltərəli Entoni Teylor olacaq.

Komandalar arasında cavab oyunları aprelin 12-də olacaq.

Xatırladaq ki, ötən gün "Mançester Siti" öz meydanında "Atletiko Madrid"dən (1:0), "Liverpul" isə səfərdə "Benfika"dan üstün olub (1:3).

Әlaqәli Xәbәrlәr