Türkiyə Super Liqasında derbi həyəcanı

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

1794882
Türkiyə Super Liqasında derbi həyəcanı

Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşəcək.

XIX tur qarşılaşmasında "Qalatasaray" "Beşiktaş"ı qəbul edəcək.

"NEF Stadionu"nda təşkil olunacaq matç Türkiyə vaxtı ilə saat 20:00-da başlayacaq. Görüşü Atilla Karaoğlan idarə edəcək.

Hazırda meydan sahibləri 28 oyundan 35 xalla 14-cü, qonaqlar 45 xalla 8-ci pillədə qərarlaşıb.

Bu, komandaların tarixdə 351-ci dueli olacaq. Əvvəlki görüşlərin 123-də "sarı-qırmızılar", 113-də isə "ağ-qaralar" qələbə qazanıb. 114 qarşılaşmada isə heç-heçə qeydə alınıb. Topların nisbətində də "Qalatasaray" öndədir - 488:458.

İstanbul təmsilçiləri arasındakı son 10 matçda "Beşiktaş" üstündür. "Qara-qartallar" 6, "aslanlar" isə 3 qələbə əldə edib, 1 oyunda qalib müəyyənləşməyib.



Әlaqәli Xәbәrlәr