ÇL: 1/8 final mərhələsinin cavab oyunları

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları start götürəcək.

1791690
ÇL: 1/8 final mərhələsinin cavab oyunları

TRT Sporun xəbərinə görə ilk oyun günündə iki görüş keçiriləcək. 

“İnter” “Enfild”də “Liverpul”un qonağı olacaq. Bu komandalar arasında ilk görüş İngiltərə təmsilçisinin 2:0 hesablı qələbəsiylə nəticələnib. Cavab qarşılaşması ərəfəsində Yurgen Kloppun yetirmələri 1/4 finala daha yaxın görünür. 

Gecənin digər matçında Almaniyanın ən titullu klubu “Bayern” “Zalsburq”u sınağa çəkəcək. Avstriya klubu ilk qarşılaşmada adlı-sanlı rəqibinə layiqli müqavimət göstərərək kiçik sensasiyaya imza ata bildi. Lakin Kinqsli Komanın son dəqiqələrdə vurduğu bərabərlik qolu sayəsində Münhen klubu Çempionlar Liqasının səfər matçlarında məğlubiyyətsiz seriyasını 22 oyuna çatdırdı. Bu isə onlar üçün rekorddur. 

 UEFA Çempionlar Liqası

1/8 finalın cavab oyunları

8 Mart

00:00. Liverpul (İngiltərə) – İnter (İtaliya)

Baş hakim: Antonio Mateo Laos (İspaniya)

İlk oyun – 2:0

00:00. Bayern (Almaniya) – Zalsburq (Avstriya)

Baş hakim: Kleman Turpen (Fransa)

İlk oyun – 1:1

 



Әlaqәli Xәbәrlәr