Təxirə salınmış oyunda qalib müəyyənləşmədi

Futbol üzrə Türkiyə Super Liqasında 22-ci turdan təxirə salınmış bir oyun keçirilib.

1784092
Təxirə salınmış oyunda qalib müəyyənləşmədi

TRT Spor xəbər verir ki, günün yeganə matçında “Qaziantep” doğma meydanda “Yeni Malatyaspor”la qarşılaşıb.

 Tərəflər bu oyunda fərqlənə bilməyiblər və yekunda qol vurmadan 1 xal əldə ediblər. Bu nəticədən sonra “Qaziantep” 36 xalla 10-cu pillədə qərarlaşıb. “Yeni Malatyaspor” isə 17 xalla 20 iştirakçı arasında sonuncudur.

Türkiyə Super Liqası 22-ci turun oyunu

23 fevral

Qaziantep – Yeni Malatyaspor 0:0

 



Әlaqәli Xәbәrlәr