“Atletiko” evdə qələbəni əldən verdi

Futbol üzrə UEFA Çempionlar Liqasında pley-off həyəcanı davam edir.

1784112
“Atletiko” evdə qələbəni əldən verdi
Atletico Madrid v Manchester United.JPG

TRT  Sporun  xəbərinə   görə  1/8 final mərhələsinin cavab oyunları çərçivəsində iki qarşılaşma baş tutub.

“Mançester Yunayted” Madriddə “Atletiko”nun qonağı olub. Hesabı meydan sahibləri açsa da, “qırmızı şeytanlar” məğlubiyyətdən xilas olmağı bacarıblar. (1:1)
Qol: J.Feliks, 7 – Elanqa, 80.

“Benfika” isə son Niderland çempionu “Ayaks”ı qəbul edib. Dörd qolun qeydə alındığı bu oyun da heç-heçə bitib. (2:2)

Qol: Haller, 26-öz qapısına. Yaremçuk, 72 – Tadiç, 18. Haller, 29.

Cavab  oyunlar  15  Martda  keçirləcək.

 

 



Әlaqәli Xәbәrlәr