Hind şahmatçıdan tarixi qәlәbә

16 yaşlı Hin şahmatçısı mәşhur çempion Karlsen üzərində tarixi qələbə qazanıb

1783581
Hind şahmatçıdan tarixi qәlәbә
Magnus Carlsen.JPG

Hindistan şahmatçısı Rameşbabu Praqqnanandhaa qatıldığı turnirdə dünya 1 nömrəsi Maqnus Karlseni məğlub edərək tarixi qələbə qazanıb.

 10 yaşında "usta" titulunu alan və bu sahədə rekord qıran hindistanlı Praggnanandhaa ilə dünya təsnifatında 1 nömrəli Karlsen, onlayn turnirdə yarışıb.

2018-ci ildə “qrossmeyster” adını qazanan hindistanlı idmançı 1.5 milyon dollar mükafatlı yarışda, karyerasında 5 dünya çempionluğu olan 31 yaşlı rəqibini mәğlub edib.

Qeyd edәk ki, Praggnanandhaa bu nәticә ilә 2013-cü ildə dünya çempionu titulunu әldә etdikdәn sonra Karlseni məğlub edən ən gənc idmançı olub.

Norveçli idmançı bundan əvvəl hindistanlı qrossmeysterlər Vişvanatan Anand və Pentala Harikrişnaya uduzmuşdu.



Әlaqәli Xәbәrlәr