“Trabzonspor” inamlı qələbəyə sevinib

Futbol üzrə Türkiyə Super Liqasında 26-cı turun oyunları keçirilir.

1782031
“Trabzonspor” inamlı qələbəyə sevinib

TRT Spor verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub.

“Adana Dəmirspor” səfərdə “Qaziantep”i böyük hesabla məğlub edibsə, lider “Trabzonspor” da “Alanyaspor”u 4 cavabsız qolla yenib. “Fatih Karagümrük” doğma meydanda “Sivasspor”u minimal hesabla üstələyib. “Fənərbaxça” isə “Hatayspor”la ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Turun son matçında “Qalatasaray” “Göztəpə” səfərində 6 oyunluq qələbə həsrətinə son qoymağa çalışacaq.

 



Әlaqәli Xәbәrlәr