Pekin-2022: Norveç rekord qırdı

Pekin-2022 Qış Olimpiya Oyunlarında medal sayında və əyarında qalib məlum olub

1782120
Pekin-2022: Norveç rekord qırdı

TRT Spor xəbər verir ki, Norveç yığması 16-sı qızıl, 8-i gümüş, 13-ü bürünc olmaqla cəmdə 37 medalla hər iki göstəricidə birinci olub.

Olimpiadada 12 qızıl, 10 gümüş və 5 bürünc qazanan Almaniya yığması 2-ci yeri tutub. Rusiya Olimpiya Komitəsi (32) isə medalların sayına görə 2-ci olub. Yeri gəlmişkən, bu, Rusiya tarixində rekord göstəricidir.

Medal əyarında 3-cü yerdə 9 “qızıl”, 4 “gümüş” və 2 “bürünc”lə ev sahibi Çin qərarlaşıb.

Pekin olimpiadasının bağlanış mərasimi isə dünən keçirildi.



Әlaqәli Xәbәrlәr