Antalyada beynəlxalq velosiped turu keçirilir

Dördüncü dəfə təşkil edilən Antalya Velosiped Turu Side və Antalya arasında birinci mərhələ yarışı ilə başladı.

1777004
Antalyada beynəlxalq velosiped turu keçirilir

 İlk günün qalibi “Qazprom Rusvelo”dan Matteo Malucelli olub. İlk 144 kilometrlik mərhələdə Aspendos Antik Teatrı, Manavqat Şəlaləsi və Bələk kimi əhəmiyyətli turizm marşrutları keçilib.

Antalyanın önəmli turizm kurortlarından tarixi Sidə rayonunda start götürən yarışda, 14 ölkədən 23 komanda və 156 idmançının qatıldığı tura güclü külək öz izini qoyub. Təxminən 70 kilometrə çatan küləyin sürəti velosipedçilərin sürətini 30 kilometrdən də aşağı salıb. Yarışı 3 saat 24 dəqiqə 27 saniyə dərəcə ilə ilə ilk tamamlayan “Qazprom Rusvelo”dan Matteo Malucelli olub. Ümumi bölmənin lideri Malucelli sırası ilə Mareczko və Karl Patrik Lauk izləyib.



Әlaqәli Xәbәrlәr