Futbol üzrə Türkiyə superkubokunun qalibi müəyyənləşib

TRT Spor xəbər verir ki, superkubok uğrunda “Beşiktaş” və “Antalyaspor” komandaları mübarizə aparıb.

1757839
Futbol üzrə Türkiyə superkubokunun qalibi müəyyənləşib

Super Liqanın və ölkə kubokunun sonuncu qalibi olan İstanbul təmsilçisi, bu görüşdə də üstün olub. Qətərin paytaxtı Dohada keçirilən qarşılaşmanın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Bu üzdən penaltilər seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Beşiktaş” superkubokun qalibi olub.

“Beşiktaş” tarixində 9-cu dəfə superkubokda qələbəyə sevinib. Bununla da “qara qartallar” 9 dəfə bu titula yiyələnmiş “Fənərbaxça” və “Trabzonspor”a çatıblar. Türkiyə superkubokunda ən çox qələbə sevinci yaşamış komanda isə “Qalatasaray”dır – 16 dəfə.

 Türkiyə superkuboku

5 yanvar

Beşiktaş – Antalyaspor 1:1 (penaltilər 4:2)

Qol: A.Hatçinson, 33 – A.Hatçinson, 74-öz qapısına.

 



Әlaqәli Xәbәrlәr