“Napoli” “Milan”ı minimal hesabla udub

Futbol üzrə İtaliya A Seriyasında 18-ci tura yekun vurulub.

1749803
“Napoli” “Milan”ı minimal hesabla udub

TRT Sporun xəbərinə görə sonuncu oyun günündə altı qarşılaşma baş tutub. 

Turun mərkəzi görüşündə “Milan” “Napoli” ilə üz-üzə gəlib. Bu görüşdə isə qonaqlar minimal hesabla üstün olublar. Milan – Napoli 0:1

Qol: Elmas, 5.

“Fiorentina” – “Sassuolo”, “Spetsiya” – “Empoli” və “Sampdoriya” – “Venetsiya” matçlarında qalib müəyyənləşməyib. “Torino” “Verona”nı məğlub yola salıb.

 



Әlaqәli Xәbәrlәr