“Qalatasaray” “Yeni Malatyaspor” qarşılaşdı
Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.
1739920
TRT Sporun xəbərinə görə dünən daha dörd görüş baş tutub.
“Qalatasaray” “Yeni Malatyaspor”un qonağı olub. İstanbul təmsilçisi bu oyundan 1 xalla ayrılıb.(Yeni Malatyaspor – Qalatasaray 0:0)
“Qaziantep” “Konyaspor”u, “Sivasspor” isə “Hatayspor”u məğlub yola salıb.
Lider “Trabzonspor” bu turda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Qonaqlar bu oyunda inamlı qələbəyə seviniblər.
Turun qapanış matçında “Fənərbaxça” “Göztəpə”nin qonağı olacaq.