“Çelsi” doğma meydanda “Mançester Yunayted”lə qarşılaşıb
Futbol üzrə İngiltərə Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
1739953
TRT Spor xəbər verir ki, Turun mərkəzi görüşü Londonda keçirilib. Lider “Çelsi” doğma meydanda “Mançester Yunayted”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. ( Çelsi – Mançester Yunayted 1:1)
Qol: Jorjinyo, 69-pen – Sanço, 50.
“Mançester Siti”nin bu turdakı rəqibi “Vest Hem” olub. “Şəhərlilər” bu oyundan qalib ayrılıblar.
“Tottenhem”in “Bernli” ilə səfər oyunu isə güclü qar yağışı səbəbindən təxirə salınıb.
Әlaqәli Xәbәrlәr

Pley-off mərhələsində daha 4 oyun keçirilib
UEFA Çempionlar Liqasının pley-off mərhələsində daha 4 oyun keçirilib.