Lider “Napoli” səfərdə qələbə qazanıb

Futbol üzrə İtaliya A Seriyasında 11-ci turun oyunları keçirilir.

1727232
Lider “Napoli” səfərdə qələbə qazanıb

TRT Spor xəbər  verir ki, bazar günü altı qarşılaşma baş tutub.

Lider “Napoli” səfərdə “Salernitana”nı minimal hesabla üstələyib (Salernitana – Napoli 0:1).

Qol: Zelinski, 61.

Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. Turnir cədvəlinin 2-ci pilləsində yer alan “Milan” “Roma”nın qonağı olub. Üç qolun qeydə alındığı bu oyun qonaqların qələbəsiylə yekunlaşıb. (Roma – Milan 1:2)

Qol: El Şaaravi, 90+3 – İbrahimoviç, 26; Kessye, 57-pen

“Cenoa” - “Venetsiya” matçında hesab açılmayıb. “Sassuolo” evdə “Empoli”yə uduzub. “Fiorentina” isə “Spetsiya”nı darmadağınla yola salıb.

 Son çempion “İnter” doğma meydanda “Udineze” ilə qarşılaşıb və inamlı qələbəyə sevinib.

 



Әlaqәli Xәbәrlәr