Avropa çempionatı: Türkiyə-Polşa qarşılaşması TRT ekranlarında olacaq

Qadın voleybolçulardan ibarət Türkiyə millisi 2021-ci il Avropa Voleybol Çempionatının ¼ finalında Polşa ilə qarşılaşacaq.

1699685
Avropa çempionatı: Türkiyə-Polşa qarşılaşması TRT ekranlarında olacaq

Türkiyə-Polşa arasında 1/4 final oyunu Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək. Qarşılaşma sabah (31 Avqust) Türkiyə vaxtı ilə saat 20.30-da başlayacaq və TRT ekranlarında olacaq.

Qeyd edək ki, Millimiz Polşanı udarsa çempionatın yarımfinalında Serbiya-Fransa matçının qalibi ilə qarşılaşacaq.

Xatırladaq ki, Türkiyə son 16 turda Çexiya və Polşanı 3: 1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəldi.

 



Әlaqәli Xәbәrlәr