Dünyanın ilk qitələrarası triatlon yarışı keçiriləcək

Dünyanın ilk qitələrarası triatlon yarışı 11-12 sentyabr tarixlərində İstanbul Boğazında keçirilicək.

1697666
Dünyanın ilk qitələrarası triatlon yarışı keçiriləcək

Türkiyə Triatlon Federasiyasından yayılan açıqlamaya görə, Beykoz rayonunda keçiriləcək triatlonda Türkiyə və dünyadan 500 triatlet iştirak edəcək. Federasiya Başçısı Bayram Yalçınkaya, idmançıların dünyanın ilk qitələrarası triatlon yarışında 2.3 kilometr üzgüçülük, 40 kilometr velosiped və 10 kilometr məsafəyə qaçışdan ibarət pist üzərində yarışacağını bildirib.

Yalçınkayanın sözlərinə görə bu il ilk dəfə baş tutacaq yarışın 2022 -ci ildən etibarən Avropa Triatlon Birliyinin təqviminə daxil edilməsi və Avropa Triatlon Çempionatı olaraq keçirilməsi planlaşdırılır.



Әlaqәli Xәbәrlәr