“Tokio Olimpiadası ləğv olunmayıb”, H.Seiko

Tokio Olimpiadalar və Paralimpik Oyunlar Təşkilat Komitəsinin sədri Haşimoto Seiko deyib...

1623029
“Tokio Olimpiadası ləğv olunmayıb”, H.Seiko

 

  Tokio Olimpiadalar və Paralimpik Oyunlar Təşkilat Komitəsinin sədri Haşimoto Seiko “Covid-19” epidemiyası ilə bağlı oyunların ləğvi ehtimalının olmadığını söyləyib.

  Haşimoto iqtidardakı Liberal Demokrat Partiya (LDP) üzvlərinin "Epidemiya yayılarsa, olimpiada ləğv edilə bilər” sözlərinə münasibət bildirərək deyib: “Covid-19”la bağlı Tokio Olimpiadası ilə bağlı səslənən fikirlər xalqı narahat edir. Buna görə Tokio Olimpiadalar və Paralimpik Oyunlar Təşkilat Komitəsi ləğv planının olmadığını açıqlayır. Komitə bu istiqamətdə anti-virus tədbirləri görür, çarə qılır”.

  Xatırladaq ki, 2020-ci ilin 24 iyul - 9 avqust tarixlərində keçirilməsi planlaşdırılan və epidemiya səbəbindən təxirə salınan “2020 Tokio Olimpiada Oyunları”nın 2021-ci ilin 23 iyul - 8 avqust arasında olması planlaşdırılıb.



Әlaqәli Xәbәrlәr