H.Çalhanoğlundan “Milan”a qalibiyyət
Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura yekun vurulub
1605841
Turun əksər qarşılaşmaları sonuncu oyun gününə təsadüf edib.
Son çempion “Yuventus” “Benevento”nu qəbul edib. Turin təmsilçisi bu görüşdə gözlənilməz məğlubiyyətlə üzləşib.
Turnir cədvəlinin ikincisi “Milan” “Fiorentina” səfərində əzmkar qələbəyə sevinib. (3-2)
Qol: İbrahimoviç, 9. Dias, 57. H.Çalhanoğlu, 72.Pulqar, 17. Riberi, 51
Turun mərkəzi görüşü paytaxt Romada keçirilib. “Roma” burada “Napoli” ilə münasibətlərinə aydınlıq gətirib və iki cavabsız qolla uduzub.
Bu tur keçirilməli olan “İnter” – “Sassuolo” matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.