“2022 FİFA” Dünya Kuboku Seçmələri matçları təxirə salındı

Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) verilən məlumatda bildirilir...

1596477
“2022 FİFA” Dünya Kuboku Seçmələri matçları təxirə salındı

 

  Cənubi Amerika Futbol Konfederasiyası – CONMEBOL yeni tip korona virusundan (Covid-19) qaynaqlanan səyahət məhdudlaşdırmaları səbəbindən bu ay qitədə olacaq “2022 FİFA” Dünya Kuboku Seçmələri matçlarının təxirə salındığını elan edib.

  Konfederasiyadan verilən məlumatda bildirilir ki, Qətərin ev sahibliyi ilə keçiriləcəyi planlaşdırılan “2022 FİFA” Dünya Kubokunun Cənubi Amerika Seçmələrində bu ay oynanılacaq V və VI dövr matçları başqa vaxta keçiriləcək.

  Qeyd edilib ki, “Covid-19” epidemiyası ilə bağlı qitədə tətbiq olunan səyahət məhdudlaşdırmaları bu qərarın verilməsinə səbəb olub və təxirə salınan matçlar Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) ilə birgə müzakirələrdən sonra yenidən başlayacaq.



Әlaqәli Xәbәrlәr