Yosiro Mori istefa verdi

Tokioda keçiriləcək Olimpiya Oyularının Təşkilat Komitəsinin rəhbəri Yosiro Mori qadınlar barədə işlətdiyi ifadələrdən sonra əleyhinə reaksiyaların artmasına görə istefa verdi.

1582332
Yosiro Mori istefa verdi

Mori Yoşiro təşkil etdiyi mətbuat konfransında istefasını açıqlayıb və iyul ayında keçirilməsi gözlənilən turnirin baş tutacağına inandığını təkrarlayıb. Kyodo agentliyinin məlumatına görə Mori Yaponiya Olimpiadaları prezidenti Hashimoto Seiko ilə əvəz ediləcək.

Xatırladaq ki, Mori keçən həftə Yaponiya Olimpiya Komitəsinin (JOC) onlayn iclasında “idman komitələri və federasiyalarda qadınların sayının artması həmin qurumların iclaslarının daha uzun müddət davam etməsinə səbəb olub. Belə ki, xamınlar bir qayda olaraq daha çox danışır, onlardan hər biri nə isə deməyi özünə borc bilir” ifadələrinə görə reaksiyalara məruz qaldı. Onun daha sonra qadına qarşı ayrıseçkilik etmək fikrim yoxdu sözlərini səsləndirməsi də töhfə vermədi. Əleyhinə artan reaksiyalar qarşısında istefa verməyə məcbur oldu.



Әlaqәli Xәbәrlәr