İki dünya çempionatı ləğv edildi

FİFA 2021-ci ildə 17 və 20 yaşadək futbolçular arasında keçirilməli olan dünya çempionatlarını ləğv etdi.

1551717
İki dünya çempionatı ləğv edildi

 FİFA-nın rəsmi saytında əks edən məlumata görə, Peru və İndoneziyada təşkil olunması planlaşdırılan turnirlər epidemiya təhlükəsinə qarşı görülən tədbirlər çərçivəsində ləğv edilib. Qurumun Yeni qərarına əsasən, hər iki ölkə əvvəlcədən planlaşdırılan dünya çempionatlarına 2023-cü ildə ev sahibliyi edə biləcəklər.

 Qeyd edək ki, U-17 yığmaları arasında son çempion Braziliyadır. Ukraynanın U-17 millisi isə öz yaşıdları arasında son qalibdir.



Әlaqәli Xәbәrlәr