Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

1479940
Çempionlar Liqasında II təsnifat mərhələsi başa çatıb

Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

Çempionlar yolunda 9, Liqa yolunda 2 oyun baş tutub.

Turnirə çempion olmadan qatılanların mübarizəsində “Alkmaar” və “Rapid” favorit olduqları cütlərdə tur adlayıb.

Çempionlar yolunda isə heç də bütün səpələnmişlər qalib gəlməyib. Azərbaycan çempionu “Qarabağ” mərhələ keçib. “Lüdoqorets”, “Sarayevo”, “Seltik” və “Legiya” daha aşağı reytinqli rəqibinə uduzub. Lakin onlara qalib gələn komandalar - “Midtülland”, Brest “Dinamo”su, “Ferensvaroş” və “Omoniya” da zəif rəqib sayılmır. 

Qeyd edək ki, mərhələnin digər iki oyunu avqustun 25-də baş tutub.

Çempionlar Liqası
II təsnifat mərhələsi
26 avqust
Liqa yolu
18:30. “Alkmaar” (Niderland) - “Viktoriya” (Çexiya) - 1:1 (ə.v. 3:1)
Kupmeiners, 90+5 (pen.); Qudmundsson, 98, 118 - Limberski, 78
21:00. “Lokomotiv” (Zaqreb, Xorvatiya) - “Rapid” (Vyana, Avstriya) - 0:1
Kara, 32
Çempionlar yolu
20:00. “Qarabağ” (Azərbaycan) - “Şerif” (Moldova) - 2:1
Matiç, 22 (pen.), Emreli, 63 - Kostaneda, 78
20:00. “Suduva” (Litva) - “Makkabi” (Təl-Əviv, İsrail) - 0:3
Rikan, 30, Blekman, 73, Davidzada, 90+2
20:00. "Çelye" (Sloveniya) - “Molde” (Norveç) - 1:2
Lotriç, 38 - Hussain, 57, Xames, 74
21:30. “Lüdoqorets” (Bolqarıstan) - “Midtülland” (Danimarka) - 0:1
Junior Brumado, 78
22:00. “Dinamo” (Brest, Belarus) - “Sarayevo” (Bosniya və Herseqovina) - 2:1
Qordejçuk, 3, Diallo, 49 - Dokanoviç, 34
22:00. ÇFR (Rumıniya) - “Dinamo” (Zaqreb, Xorvatiya) - 2:2 (ə.v. 0:0, pen. 5:6)
Pereyra, 64, Debelju, 90+3 - Qojak, 14, Kastrati, 78
22:00. “Legiya” (Polşa) - “Omoniya” (Kipr) - 0:0 (ə.v. 0:2)
Qomes, 92 (pen.), Santos, 107
22:15. “Yanq Boyz” (İsveçrə) - “Klaksvik” (Farer adaları) - 3:1
Nsame, 51, Suleymani, 57, Nqamaleu, 82 - Yohannesen, 79
22:45. “Seltik” (Şotlandiya) - “Ferensvaroş” (Macarıstan) - 1:2
Kristi, 53 - Siqer, 7, Nquen, 75



Әlaqәli Xәbәrlәr