Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kiber idman turniri

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kiber idman turniri keçiriləcək

1426750
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kiber idman turniri

 

  “Gaming League Azerbaijan” 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə kiber idman həvəskarlarına növbəti turniri təqdim edir.

  Azertac informasiya agentliyi xəbər verir ki, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman), Azərbaycan Kiber İdman Federasiyasının, Gənclər və İdman Nazirliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Fortnite” oyunu üzrə yeni turnir təşkil olunacaq. Duo (ikili komanda) sistemi üzrə keçiriləcək yarışda iştirak üçün 720 nəfər qeydiyyatdan keçib.

  Turnir uşaqların müdafiəsinə həsr olunmaqla yanaşı, eləcə də iyunda start götürəcək “Fortnite Milli Liqasına” seçim xarakteri daşıyır. Mübarizədə ən yaxşı nəticə göstərəcək 5 komanda elit liqaya birbaşa vəsiqəni təmin edəcək. Ümumilikdə 32 komandanın çempionluq uğrunda yarışacağı “Fortnite Milli Liqasında”, hər bir cütlük Azərbaycanın fərqli regionunu təmsil edəcək. Hadisələrin gedişini daha yaxından müşahidə etmək üçün “Instagram” və “Facebook” sosial şəbəkələrində “Gaming League Azerbaijan”ın @glahub səhifələrini izləmək lazımdır. Kiber idman həvəskarları turniri @glahub “Twitch” kanalından canlı izləyə bilərlər.



Әlaqәli Xәbәrlәr