ING Basketbol Super Liqada mübarizə davam edir

Bir qarşılaşma istisna olmaqla liqanın 10-cu həftəsi başa çatdı.

1316252
ING Basketbol Super Liqada mübarizə davam edir
karşıyaka Fenerbahçe Beko 5.jpg
karşıyaka Fenerbahçe Beko 4.jpg
karşıyaka Fenerbahçe Beko 3.jpg
karşıyaka Fenerbahçe Beko 2.jpg
karşıyaka Fenerbahçe Beko.jpg

Həftənin ən maraqlı qarşılaşmasına İzmir ev sahibliyi etdi.

Lider Pınar Karşıyaka, Fənərbaxça Beko ilə qarşılaşdı. 68-57 hesabla nəticələnən qarşılaşmanın qalibi Pınar Karşıyaka, həftənin son qarşılaşması ilə 9-cu qalibiyyətə imza atarkən, Fənərbaxça Beko ikinci dəfə sahədən məğlub ayrıldı.

Günün digər matçında Frutti Ekstra Bursaspor Qaziantəp Basketbol ilə qarşılaşdı. 106-87 hesabla nəticələnən qarşılaşmanın qalibi Qaziantəp Besketbol oldu. Komanda əldə etdiyi bu nəticə ilə 4-cü qalibiyyətə imza atarkən, Frutti Extra Bursaspor isə beşinci məğlubiyyəti daddı.

Günün son matçında OGM Ormanspor, Meksa Yatırım Afyon Belediyyəsporu qonaq etdi. 77-76 hesabla nəticələnən qarşılaşmanın qalibi olan ev sahibi Ormanspor bu nəticə ilə 4-cü qalibiyyətini əldə edərkən, Afyon Bələdiyyəspor sahədən 7-ci dəfə məğlub ayrıldı.



Әlaqәli Xәbәrlәr