“Tottenhem”-in yeni baş məşqçisi Juze Morinyu maraqlı açıqlama

İngiltərənin “Tottenhem” klubunun yeni baş məşqçisi Juze Morinyu yenə maraqlı açıqlamaları ilə diqqət çəkib.

1310627
“Tottenhem”-in yeni baş məşqçisi Juze Morinyu maraqlı açıqlama

Morinyu: “keçmişdəki səhvlərimi daha təkrarlamayacağam. ancaq Yeni səhvlər  edəcəyəm  amma eyniləri  olamayacaq”.

56 yaşlı məşqçi sabiq klubu “Mançester Yunayted”dən özünə iş yeri tapdığı üçün çoxlu təbrik aldığını bildirib.

Morinyu özünün Portuqaliyanın “Portu”, İtaliyanın “İnter” və İspaniyanın “Real” klublarındakı nəticələrinə görə azarkeşlər tərəfindən “Mister Klub” adlandırılmalı olduğunu söyləyib: “Məncə, onlar məni “Mister İnter”, “Mister Real Madrid”, “Mister Portu” kimi görürlər. Düşünürəm ki, onlar məni “Mister Klub” kimi görməlidirlər. Bu, o deməkdir ki, getdiyim hər bir klubda uğura nail olmuşam. Kluba keçəndən o komandanın pijamasını geyinirəm, hətta onunla yatıram. Mən klub adamıyam, ancaq çoxlu klubun”-deyə  vurğulayıb.



Әlaqәli Xәbәrlәr