Avro-2020-yə vəsiqə qazanan komandaların sayı artdı

AVRO 2020 seçmə mərhələsinin son həftəsində üç qrupda oynanan qarşılaşmalar ilə çempionata vəsiqə qazanan daha iki milli komandanın adına aydınlıq gəldi.

1308745
Avro-2020-yə vəsiqə qazanan komandaların sayı artdı

Avro 2020 seçmələrində D, F və J qruplarında 8 matç oynandı. D qrupunda mübarizə aparan iki xoşbəxt komanda İsveçrə və Danimarka milliləri oldu. İsveçrə səfərdə Cəbəlüttariqi 6:1 hesabı ilə darmadağın edərkən,Danimarka Dublin səfərində İrlandiya ilə 1:1 oynayaraq bu nəticəyə nail oldu. Bununla da İsveçrə 17 xalla qrup lideri, Danimarka isə 16 xalla ikinci kimi AVRO-2020-yə vəsiqə qazandı.

“F” qrupunda İspaniya Rumıniyanı 5-0 udub. “J” qrupunda isə İtaliya millisi Ermənistan yığmasını qəbul edib. Palermoda keçirilən görüşdə “skudra adzurra” erməniləri 9:1 hesabı ilə darmadağın edib.

 

Qrupların nəticələri belədir:

D qrupu

Cəbəllütariq-İsveçrə: 1-6

İrlandiya-Danimarka Respublikası: 1-1

F qrupu

İspaniya-Rumıniya: 5-0

Malta-Norveç: 1-2

İsveç-Farer adaları: 3-0

J qrupu

İtaliya-Ermənistan: 9-1

Lixtenşteyn-Bosniya və Herseqovina: 0-3

Yunanıstan-Finlandiya: 2-1



Әlaqәli Xәbәrlәr