16 Yaşaltı Beynəlxalq Şahmat Olimpiadası Çorumda
TSF-nin sədri Gülkız Tulay isə çıxışında bunları söylədi: “6 qitədən 38 ölkənin 48 şahmat komandası 8 min illik keçmişə malik Çorumda bir araya gəlir".
16 Yaşaltı Beynəlxalq Şahmat Olimpiadası Türkiyənin Çorum şəhərində başladı.
Türkiyə Şahmat Federasiyasının (TSF) təşkilatçılığı ilə hazırlanan mərasimin açılışında çıxış edən Çorumun valisi Mustafa Çiftçi heyətlərlə birlikdə təxminən 400 adamın bir həftə boyu Çorumda yerləşəcəyini bildirdi.
TSF-nin sədri Gülkız Tulay isə çıxışında bunları söylədi:
“6 qitədən 38 ölkənin 48 şahmat komandası 8 min illik keçmişə malik Çorumda bir araya gəlir.
Beynəlxalq Şahmat Federasiyasının əhəmiyyətli bir tədbirinə ev sahibliyi etmək qürurvericidir. Şahmat həvəskarlarını 235 idmançının matçlarına səhnə olacaq turnirdə həyəcan dolu günlər gözləyir."
16 Yaşaltı Beynəlxalq Şahmat Olimpiadası açılış mərasimində AK Partiyanın Çorum üzrə millət vəkili Erol Kavuncu, CHP-nin Çorum millət vəkili Tufan Köşe, Çorum bələdiyyə sədri Xəlil İbrahim Aşgın, Hitit Universitetinin rektoru, professor Əli Osman Öztürk, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) nümayəndəsi Vadim Tsipin və başqa idmancılar olublar.
Olimpiadada, Türkiyə ilə yanaşı, Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Kanada, Çin, Kolombiya, Çexiya, Almaniya, Yunanıstan, Hindistan, İslandiya, Macarıstan, İran, İraq, İsrail, Qazaxıstan, Litva, Malayziya, Moldova, Çernoqoriya, Portuqaliya, Rusiya, Serbiya, Slovakya, Slovenya, Somali, Cənubi Afrika, Sri-Lanka, İsveçrə, Tayland, Türkmənistan, Ukrayna, Ermənistan, Amerika Birləşmiş Ştatları, Şimali Makedoniya və Özbəkistandan 235 idmançı iştirak edir.
Dünya 16 Yaşaltı Şahmat Olimpiadası noyabrın 5-də sona çatacaq.