Berfin Altun qızıl medal qazandı

Rumıniyanın ev sahibliyi etdiyi 20 və 23 yaşadək gənclər  arasında  ağır atletika  üzrə  Avropa çempionatında 64 kq  çəki  dərəcəsində  mübarizə  aparan  Berfin Altun qızıl medal qazandı.

1293298
Berfin Altun qızıl medal qazandı

Buxarestdə keçirilən çempionatda mübarizə aparan Berfin Altun təkzərbdə  94 kq  qaldıraraq bürünc,   təkanla qaldırmada  isə    118 kiloqramın öhdəsindən   gələrək qızıl medalın sahibi, toplamda  212 kq   qaldıraraq   Avropa çempionu oldu.

Eyni çəkidə dərəcəsində  mübarizə aparan Nuray Ləvənt, 95 kiloqramla gümüş medal,  təkanla qaldırmada isə   115 kiloqram ilə  bürünc medal qazandı.  O    toplamda 210 kiloqram  qaldıraraq  Avropa ikincisi  oldu.

Çempionatın beşinci gününün sonunda milli idmancıların qazandıqları  medal sayı 11-i  qızıl, 8-i  gümüş, 12-si bürünc olmaqla 31-ə  çatdı.

 



Әlaqәli Xәbәrlәr