Qadınlar voleybol komandamız Avropa ikincisi oldu
Avropa Voleybol Çempionatı finalında Türkiyə ilə Serbiya qarşılaşdı.
1265833
Milli Qadınlar Voleybol Komandası Avropa çempionatının finalında Serbiya qarşısında 3-2 məğlub oldu. Komanda bu nəticə ilə 2003-cü ildən sonra növbəti dəfə Avropa ikincisi olarkən Serbiya ardıcıl olaraq iki, cəmdə isə üçüncü dəfə Avropa çempionu oldu.
Prezident Rəcəb Tayyib Ərdoğan, 2019 Avropa Qadın Voleybol Çempionatında gümüş medal qazanan Milli Qadın Voleybol Komandasını təbrik etdi.
Prezident “Twitter” hesabından yaydığı açıqlamada “Qadınlar Voleybol Avropa Çempionatında gümüş medal qazanan Milli Komandamızı təbrik edir və təşəkkürlərimi bildirirəm”.