12 ildǝn sonra çempion oldu

Braziliya rəqibini məğlub edərək Amerika Kuboku çempionu olub.

1231982
12 ildǝn sonra çempion oldu

 Brazilya “Marakana” stadionunda keçirilən həlledici oyunda meydan sahibləri Peru ilə qarşılaşıb.

Görüş Braziliyanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Titenin yetirmələrindən Everton, Qabriel Jezus və Riçarlison fərqləniblər. Perunun yeganə qoluna isə Gerrero imza atıb.

Braziliya yığması oyunun gedişində Q.Jezusun ikinci sarı vərəqə alaraq meydandan qovulmasına baxmayaraq, yekunda qələbə hesabını qorumağı bacarıb.

Bu, Braziliyanın 12 il sonra qazandığı ilk Amerika Kuboku çempionluğudur.

Qeyd edək ki, turnirdə üçüncü yeri Çiliyə 2:1 hesabı ilə qalib gələn Argentina yığması tutub.

 



Әlaqәli Xәbәrlәr