Basketbol Komandaları yeni oyuncular ilə müqavilə bağladılar

Türk Hava Yolları Avropa Liqasında yeni mövsümdə mübarizə edəcək 18 komanda yeni oyuncular ilə müqavilə bağlamaqda davam edirlər.

1229234
Basketbol Komandaları yeni oyuncular ilə müqavilə bağladılar

Keçən mövsümün finalçısı Anadolu Efes, Bandırma Basketbolunda oynayan Tolqa Geçim ilə müqavilə bağladı.

Melli və Guduricini Amerika basketbol komandası NBA-ya göndərən Fənərbaxça Beko komandası isə yeni oyunçu transferi ilə bağlı hələlik addım atmayıb.

Ötən mövsümün çempionu, De Colo və Higgins kimi ulduzlar ilə yollarını ayıran Cska Moskva, Yohannes Voytman ilə 2 illik müqavilə imzaladı.

Barselona Lassa, Nikola Mirotis ilə 6 illiyinə müqavilə imzaladı.

Daha əvvəl Cory Higgins və Brandon Deyvisi kadrına əlavə edən Katalan transfer dövrünün ən fəal komandası mövqeyində

Liqanın ən yüksək büdcəli komandalarından biri olan Real Madrid, Miki ilə iki illiyinə razılaşdı. Həmçinin Fransız oyunçusu Fabian Casa ilə müqavilə müddətini daha 3 il uzaltdı.

Liqanın yeni komandası Valencia isə Anadolu Efesdən ayrılan Brock Motum ilə 2 illik müqavilə imzaladı.



Әlaqәli Xәbәrlәr