Avro 2020 seçmə mərhələsində oynanan matçlar:

2020-ci ildə keçiriləcək Futbol üzrə Avropa Çempionatının seçmə mərhələsinin dördüncü həftəsi C, E, H, I və J qruplarında oynanan 13 qarşılaşma ilə yekunlaşdı.

1217261
Avro 2020 seçmə mərhələsində oynanan  matçlar:

Avropa futbolunun milli komandalar seviyyəsindəki ən etibarlı idman tədbiri hesab edilən 2020 Avropa Çempionatı seçmə mərhələsində H qrupda iştirak edən Türkiyə yığması dünən İslandiya ilə qarşılaşdı. Laugardalsvöllur Stadionunda oynanan qarşılaşmanın qalibi islandiya oldu. Komandamız 21 və 32-ci dəqiqələrdə İslandiyanın qolları ilə qrupda ilk məğlubiyyəti daddı. Matç 2-1 hesabla nəticələndi. Ay-Ulduzlu komandanın qolunu isə 40-cı dəqiqədə Dorukxan Toköz vurdu.

Qrupdakı digər oyunlarda isə Fransa rəqib meydançada Andorranı Kylian Mabappe, Wissam Ben Yedder, Florian Thuuvin və Kurt Zoumanın qolu ilə 4-0 məğlub etdi. Albaniya isə qonaq olduğu Moldovanı 2-0 hesabla uddu. Qalib komandanın qollarına Akhisarsporda forma geymiş Sokol Cikalleshi və Ylber Ramadani imza atdı.

C qrupda oynanan matçda Almaniya rəqibi Estoniyanı darmadağın etdi. Matç 8-0 nəticələndi.

J qrupda İtaliya Bosniya və Herseqovina ilə qarşılaşdı. 2-1 hesabla nəticələnə matçın qalibi İtaliya oldu.

Nəticələr:

C qrupu:

Almaniya - Estoniya: 8-0

Belarus - Şimali İrlandiya: 0-1

E qrupu:

Azərbaycan - Slovakiya: 1-5

Macarıstan - Uels: 1-0

H qrupu:

Andorra - Fransa: 0-4

İslandiya - Türkiyə: 2-1

Albaniya - Moldova: 2-0

Qrup I:

Qazaxıstan San Marinoya: 4-0

Belçika - Şotlandiya: 3-0

Rusiya – Kipr (Rum İcması): 1-0

Qrup J:

İtaliya - Bosniya və Herseqovina: 2-1

Yunanıstan - Ermənistan: 2-3

Lixtenşteyn - Finlandiya: 0-2



Әlaqәli Xәbәrlәr