Çempion Qalatasaray mövzümü 69 xal tamamladı

Spor Toto Super Liqada 2018-2019 mövsümü 34-cü tur matçları ilə yekunlaşdı.

1208686
Çempion Qalatasaray mövzümü 69 xal tamamladı

Qalatasaray, mövsümü 69 xal ilə tamamlayaraq ardıcıl olaraq 2, toplamda isə 22-ci çempionluğunu elan etdi.

Mövsümü 16-cı sırada tamamlayan Bursaspor, 17-ci sırada iştirak edən Böyükşəhər Bələdiyyə Erzurumspor, 18-ci sırada qərarlaşan Akhisarspor, liqaya vida etdi.

Türkiyəni gələcək mövsüm 5 komanda Avropa kuboklarında təmsil edəcək

Super Liqa çempionu Qalatasaray, UEFA Çempionlar liqası qruplarında birbaşa yarışacaq. İkinci Medipol Başakşehir UEFA Çempionlar liqası seçmələri üçün mübarizə edəcək. Liqanı 3-cü sırada bitirən Beşiktaş, UEFA Avropa Liqasına qruplardan birbaşa qatılacaq.

Trabzonspor "Kuboku 2" seçmə matçları oynayacaq.

Çempion Qalatasarayın Ziraat Türkiyə Kubokunu da qazanmasıyla liqa 5-si Evkur Yeni Malatyaspor da UEFA Avropa Liqasında mübarizə haqqı əldə etdi. Komanda seçmə matçlara qatılacaq.

Spor Toto Super Liqanın 34-cü turunda oynanan matçlar:

Medipol Başakşehir-Aytemiz Alanyaspor: 1-1

Beşiktaş-Kasımpaşa: 3-2

Dəmir Qrupu Sivasspor-Qalatasaray: 4-3

Çaykur Rizəspor-Trabzonspor: 2-3

Atiker Konyaspor-Mersin Bələdiyyəspor: 0-0

Göztəpə-MKE Ankaragücü: 2-1

Fənərbaxça-Antalyaspor: 3-1

İstikbal Mebel Kayserispor-Büyükşehir Bələdiyyə Erzurumspor: 0-2

Evkur Yeni Malatyaspor-Bursaspor: 1-2

Qalatasarayın oyuncusu Mbaye Diagne, qol kralı adına layiq görüldü.

Mövsümün ilk yarısını Kasımpaşada keçirən və 20 qola imza atan Diagne, ikinci yarıda sarı-qırmızılı formayla 10 qolun sahibi oldu. Beləcə, mövsümün ən çox qola imza atan xarici futbolçusu və qol kralı elan edildi. Sarı-qırmızılı futbolçunu 17 qolla Çaykur Rizesporlu Vedat Muric, 16 qolla Beşiktaşlı Burak Yılmaz və Aytemiz Alanyasporlu Papiss Cisse izlədi.

 

 

 



Әlaqәli Xәbәrlәr