Robin van Persie futbola vida etdi

“Uçan Hollandiyalı” ləqəbi ilə bilinən Robin van Persie, Feyenoord-ADO Den Haag qarşılaşmasından sonra futbolçuluq karyerasına son qoydu.

1200331
Robin van Persie futbola vida etdi

Futbol həyatına “Excelsior Rotterdamda” başlayan Hollandiyalı ulduz daha sonra Feyenoorda keçdi. Burada A komandanın məşqçilərinin diqqətini cəlb edən Van Persiein, 2001-ci ildə peşəkar futbol karyerası başladı. 2004-cü ildə müqavilə bağladığı "Arsenal" klubunda şöhrətə qovuşdu. O İngiltərə liqasında da bir çox qola imza ataraq bütün diqqətləri üzərinə çəkdi.

2011-2012 mövsümündə 37 qola imza atan Van Persie, Adanın ən yaxşı qolçusu oldu. Eyni mövsümü 14 qolla bitirən Van Persie mövsümün futbolçusu seçildi. 2012-ci ildə isə Manchester Unitedə ilə 30 milyon avroya müqavilə bağladı. 2015-2016 mövsümündə isə Fənərbaxçaya transfer oldu.

İlk mövsümdə məşqçis ilə arasında bir sıra problemlər yaşansa da 22 qola imza ataraq uğurunu davam etdirdi.

2017-2018 mövsümündə 4 dəfə sarı göy forma geyən təcrübəli futbolçu, yenidən Feyenoorda qayıtdı. Karyerasının son mövsümündə Feyernoord formasıyla 31 qarşılaşmada oynadı və 18 dəfə qol sevincini yaşadı.



Әlaqәli Xәbәrlәr