Şaziyə Ərdoğan qızıl medal qazandı

Avropa Ağır Atletika Çempionatında podiuma çıxan Türkiyə milli idmançısı Şaziyə Ərdoğan qadınlar arasında 45 kiloqram çəki dərəcəsində qızıl, təkan tapşırığında gümüş medal qazandı.

1178309

  Şaziyə Gürcüstanın Batumi şəhərində keçirilən çempionatda birinci dəfə 70, ikinci dəfə 73 və sonda 75 kiloqramlıq ştanqı qaldıraraq qızıl medalın sahibi oldu.

  Təkan tapşırığında birinci dəfə 88 kiloqram qaldıran Şaziyə Ərdoğan 91 kiloqramlıq ikinci və üçüncü sınaqlarda 89 kiloqram qaldıran bolqar idmancı İvan Petrovadan geri qalaraq gümüş medalla kifayətlənməli oldu.

  Türkiyədən qadın və kişi birlikdə 20 idmançının təmsil olunduğu Avropa Ağır Atletika Çempionatı aprelin 13-də başa çatıb.

Әlaqәli Xәbәrlәr