"H" qrupunda yer alan "ay-ulduzlular" 2-ci turda Moldovanı darmadağın etdi

Futbol üzrə Türkiyə milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirdi.

1170725
"H" qrupunda yer alan "ay-ulduzlular" 2-ci turda Moldovanı darmadağın etdi
FOTO_18020937_250320192058130000_R_SPO_20190325000000_aa-picture-20190325-18020937.jpg
FOTO_18020793_250320192049180000_R_SPO_20190325000000_aa-picture-20190325-18020793.jpg
FOTO_18020195_250320191946330000_R_SPO_20190325000000_aa-picture-20190325-18020195.jpg

Futbol üzrə Türkiyə milli komandası AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirdi.

"H" qrupunda yer alan "ay-ulduzlular" 2-ci turda Moldova yığması ilə qarşılaşdı.

Eskişehir Yeni Stadionunda keçirilən qarşılaşma milli komandamızın böyük hesablı qələbəsi ilə yekunlaşdı - 4:0.

Prezident Rəcəb Tayyip Ərdoğanın canlı izlədiyi qarşılaşmada hesabı 24-cü dəqiqədə Hasan Ali Kaldırım açdı. Bundan 2 dəqiqə sonra Cenk Tosun fərqi artırdı. 53-cü dəqiqədə Türkiyə yığmasının kapitanı Burak Yılmaz penaltidən yararlana bilmədi. Lakin cəmi 1 dəqiqə sonra Tosun özünün ikinci, komandasının üçüncü qolunu vurdu. Son nöqtəni isə 70-ci dəqiqədə Kaan Ayhan qoydu. 

Beləliklə, ardıcıl ikinci qələbəsini qazanan Türkiyə yığması xallarını 6-ya çatdırdı. Moldova isə yenə qapısından 4 top buraxdı. İlk turda bu komanda Kişinyovda Fransaya uduzub - 1:4. "Ay-ulduzlular" isə evdə Albaniyaya 2:0 hesabı ilə qalib gəlib. 



Әlaqәli Xәbәrlәr