"John Reed Black Label" Türkiyə bazarına girir

Almaniya və Avropanın ən məşhur fitness mərkəzlərinə sahib “McFIT GmbH” şirkəti "John Reed Black Label" markasıyla apreldən Türkiyə bazarına girir.

1146862
"John Reed Black Label" Türkiyə bazarına girir

  Almaniya və Avropanın ən məşhur fitness mərkəzlərinə sahib “McFIT GmbH” şirkəti "John Reed Black Label" markasıyla apreldən Türkiyə bazarına girir.

  Ataşehir rayonunda “Metropol İstanbul”da 4414 kvadratmetrlik yeri icarəyə götürən “McFIT” şirkəti "John Reed Black Label" markası ilə yeni konsepsiyada xidmət göstərəcək.

  Avropanın 7 ölkəsində 290 fitness mərkəzi olan, ən məşhur idman mərkəzlərindən birinə çevrilən “McFIT”in 1 milyon 700 min üzvü var.

  Şirkətin “John Reed Fitness” adlı musiqi klubu da var ki, Almaniyada 18, Avstriya, İtaliya, Macarıstan və Çexiyada 1 mərkəzdə fəaliyyət göstərir.

  Sauna və SPA kimi müxtəlif sağlamlıq imkanları təklif edən klub bəzi mərkəzlərdə gastronomiya xidməti də təqdim edir.



Әlaqәli Xәbәrlәr