Qalatasaray itirdi

Qalatasaray Kişi Basketbol komandası ULEB Avropa Kuboku üzrə A Qrupunun 8-ci həftə mübarizəsində İtaliya təmsilçisi “Germani Brescia Leonessa”ya debütdə 86-65 hesabı ilə məğlub oldu.

1092694

  Bu nəticəylə sarı-kırmızılı komanda qrupdakı 5-ci məğlubiyyətini yaşadı. “Germani Brescia Leonessa” isə 3-cü qalibiyyətini əldə etdi.

  Qarşılaşmaya yaxşı başlayan və ilk rübü 26-18 hesabı ilə keçən “Germani Brescia Leonessa” soyunub-geyinmə otağına da 48-40 üstün hesabla getdi.

  Üçüncü periodda Qalatasaraya yalnız 5 sayı şansı verən ev sahibi olan komanda final rübünə 66-45 hesabı ilə öndə girdi.

  Son periodda da fərqin bağlanmasına icazə verməyən “Germani Brescia Leonessa” qarşılaşmadan 86-65 hesabı ilə qalib ayrıldı.

Әlaqәli Xәbәrlәr