"Türkiyə UEFA-dan ədalətli qərar gözləyir",R.T. Ərdoğan

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyənin 2024-cü ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürdüyünü və UEFA-dan ədalətli qərar gözləyini bildirdi.

1057316
"Türkiyə UEFA-dan ədalətli qərar gözləyir",R.T. Ərdoğan

Türkiyə Avro-2024-ün keçirilməsi ilə bağlı UEFA-dan ədalətli qərar gözləyir.

Bunu Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Dövlət başçısı qeyd edib ki, Türkiyə 2024-cü ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün namizədliyini irəli sürüb və UEFA-dan ədalətli qərar gözləyir.

Türkiyənin iqtisadi vəziyyətilə əlaqəli şayiələrin həqiqəti əks etdirmədiyini ifadə edən Ərdoğan "Türkiyə əsasən turizm cəhətdən çox dinamik və münbit bir ölkədir. Avropa Çempionatında stadionların dolu olması, sponsor və reklam gəlirlərinin artması barədə narahat olunmamalıdır. Böyük stadionlarımız var. UEFA obyektiv dəyərləndirmə aparsa bu həqiqətləri görə bilər". 



Әlaqәli Xәbәrlәr