Şükrü Altay “Qitələrarası qızıl kəmər”in sahibi oldu

Şükrü Altay böyük həyəcana səhnə olan qarşılaşmanın üçüncü raundunda rəqibini texniki nakautla məğlub edərək “Qitələrarası qızıl kəməri” qazanıb.

1050389
Şükrü Altay “Qitələrarası qızıl kəmər”in sahibi oldu

  Almaniyada yaşayan türkiyəli boksçu Şükrü Altay yüngül ağır çəki dərəcəsində gürcü rəqibi Geriso Aduaşvilini nakautla məğlub edərək “Qitələrarası qızıl kəmər”in sahibi oldu.

  Almaniyanın Lüdviqshafen (Ludwigshafen) şəhərində keçirilən yarışda peşəkar karyerasında məğlubiyyəti olmayan 34 yaşlı Şükrü Altayla peşəkar karyerasında 8 oyunun 6-sını nakautla qazanan 20 yaşlı gürcü Geriso Aduaşvili qarşı-qarşıya gəlib.

  Şükrü Altay böyük həyəcana səhnə olan qarşılaşmanın üçüncü raundunda rəqibini texniki nakautla məğlub edərək “Qitələrarası qızıl kəməri” qazanıb.

  Qeyd edək ki, 2017-ci ildən bu yana iştirak etdiyi 6 yarışda rəqiblərini nakautla məğlub edən Ş.Altay bununla nakautla qazandığı matç sayını 7-yə çıxarıb.



Әlaqәli Xәbәrlәr