Avropa Universiteti Oyunları davam edir

Portuqaliyanın ev sahibliyi etdiyi Avropa Universitet Oyunları davam edir. Oyunlarda İstanbul Aydın Universitetini təmsil edən tennis üzrə qadın momandası üçüncü sırada iştirak edib.

1017378
Avropa Universiteti Oyunları davam edir

Coimbra şəhərində keçirilən tədbirdə kişi tennisçilərimiz oyunu 4-cü sırada tamamlayıblar.

İstanbul Aydın Universitetini təmsil edən Melis Sezər və Cəmrə Anıl üçüncülük uğrundakı mübarizədə Polşanın AGH Elm və Texnologiya Universitetini 2-0 məğlub edib.

Barkın Yalçınkalə, Səfa Suluoğlu və Mərt Altınaləvdən ibarət İstanbul Aydın Universiteti tennis üzrə kişilər komandası isə üçüncülük mübarizəsində İspaniyanın Camelo Jose Cela Universiteti komandası ilə qarşılaşıb. Matçın qalibi Camelo Jose Cela olub.

Avropa Universiteti Oyunları 28 İyulda yekunlaşacaq.

 



Әlaqәli Xәbәrlәr