Xorvatiya – Fransa qarşılaşmasını Nestor Pitana idarə edəcək
Məlumata görə, matç argentinalı hakimlər briqadasına həvalə olunub.
1011512
DÇ-2018-in final matçı Xorvatiya – Fransa qarşılaşmasının hakimləri açıqlanıb. Məlumata görə, matç argentinalı hakimlər briqadasına həvalə olunub.
Matçı Nestor Pitana idarə edəcək. Ona Hernan Maidana və Juan Pablo Belatti yardım edəcəklər.
Qeyd edək ki, final görüşü iyulun 15-də Türkiyə vaxtı ilə saat 18.00-da start götürəcək.