Rocer Federer üçüncü tura yüksələrkən, Caroline Wozniack turnirə vida etdi

Tennisdə mövsümün üçüncü “Böyük dəbilqə” seriyalı turniri “Uimbldon” davam edir.

1006175
Rocer Federer üçüncü tura yüksələrkən, Caroline Wozniack turnirə vida etdi
2018-07-04T181917Z_993145347_RC19822EF650_RTRMADP_3_TENNIS-WIMBLEDON.JPG
2018-07-04T122555Z_1212536329_RC12B708CC00_RTRMADP_3_TENNIS-WIMBLEDON.JPG
2018-07-04T162139Z_1433067731_RC1B2A8AE3C0_RTRMADP_3_TENNIS-WIMBLEDON-SERENA.JPG
2018-07-04T170044Z_590740878_RC1821FD5AD0_RTRMADP_3_TENNIS-WIMBLEDON.JPG
2018-07-04T130728Z_901551724_RC1C57C0E7D0_RTRMADP_3_TENNIS-WIMBLEDON.JPG

Kişilərin mübarizəsində ilk 1/16 finalçıların kimliklərinə aydınlıq gəlib. Favoritlərdən Rocer Federer korta çıxıb. Dünya iki nömrəsi Lukaş Laçko ilə qarşılaşıb. Slovakiyalı rəqibi qarşısında çətinlik çəkməyən Federerin “breyk point” belə vermədiyi, ilk servislərindən 93%-lə xal götürdüyü oyundan qalib ayrılması üçün 1 saat 32 dəqiqə kifayət edib. İsveçrəli raketka ustasının növbəti rəqibi İvo Karloviçi mübarizdən kənarlaşdıran Yan-Lennard Ştruff olacaq.

Oynanılan görüşlərdə qeydə alınan nəticələr:

Con Millman (Avstraliya) – Miloş Raoniç (Kanada) – 0:3 (6:7, 6:7, 6:7)

Lukas Puil (Fransa) – Dennis Novak (Avstriya) – 2:3 (4:6, 2:6, 7:6, 6:3, 2:6)

Paolo Lorentsi (İtaliya) – Qael Monfis (Fransa) – 1:3 (6:3, 3:6, 6:7, 6:7)

Gilyermo Qarsiya-Lopes (İspaniya) – Daniil Medvedev (Rusiya) – 0:3 (3:6, 4:6, 2:6)

Sem Kuerri (ABŞ) – Sergey Staxovski (Ukrayna) – 3:0 (7:6, 6:3, 6:3)

Alyaj Bedene (Sloveniya) – Radu Albot (Moldova) – 2:3 (2:6, 6:4, 6:7, 7:5, 3:6)

Makdonald Makkenzi (ABŞ) – Nikolas Harri (Çili) – 3:2 (7:6, 5:7, 3:6, 6:2, 11:9)

Adrian Mannarino (Fransa) – Rayan Harrison (ABŞ) – 3:0 (7:5, 7:5, 7:6)

İvo Karloviç (Xorvatiya) – Yan-Lennard Ştruff (Almaniya) – 2:3 (7:5, 6:3, 6:7, 6:7, 11:13)

Rocer Federer (İsveçrə) – Lukaş Laçko (Sloveniya) – 3:0 (6:4, 6:4, 6:1)

 

 

 



Әlaqәli Xәbәrlәr