Futbol üzrə dünya çempionatında bu gün növbəti 1/4 final cütləri müəyyənləşəcək

Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

1003555
Futbol üzrə dünya çempionatında bu gün növbəti 1/4 final cütləri müəyyənləşəcək

Futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinin daha 2 oyunu keçiriləcək.

Əvvəlcə Samara şəhərindəki eyniadlı arenada 5 qat dünya çempionu Braziliya yığması Meksika ilə meydançaya çıxacaq.

Braziliya E qrupundakı ilk görüşündə İsveçrə ilə 1:1 hesablı heç-heçə etdikdən sonra Kosta-Rika və Serbiyaya 2:0 hesabı ilə qalib gələrək, 1-ci yeri tutdu. Meksika isə Almaniyaya 1:0, Cənubi Koreyaya 2:1 hesabı ilə qalib gəldikdən sonra İsveçə uduzdu - 0:3. Nəticədə İsveç şəxsi oyunlardakı üstünlüyü sayəsində birinci, Meksika ikinci oldu. Onların hərə biri 6 xal toplaydı. Dünya çempionluqları sayında Braziliya ilə bərabərləşmək şansı olan Almaniya isə 3 xalla qrupda qaldı.

Günün digər oyunu Rostov-Dondakı "Rostov Arena"da Belçika ilə Yaponiya arasında keçiriləcək. Çempionatın favoritlərindən sayılan "qırmızı şeytanlar" G qrupundakı görüşlərində Panamaya 3:0, Tunisə 5:2, İngiltərəyə 1:0 hesabı ilə qalib gələrək, 9 xalla 1-ci yeri tutdu.

Yaponiya H qrupundakı qarşılaşmalarında Kolumbiyanı 2:1 hesabı ilə yendikdən sonra Seneqalla heç-heçə etdi - 2:2. Son oyunda isə asiyalılar Polşaya 0:1 hesabı ilə uduzdu. Beləliklə 4 xal topladı və eyni xala malik Seneqalı sarı vərəqələrinin azlığı səbəbindən üstələrək, 2-ci yeri tutdu. Qrup liderliyinə isə 6 xalla Kolumbiya yiyələndi.

Əvvəllər Belçika və Yaponiya yığmaları 2002-ci il dünya çempionatının qrup mərhələsində üz-üzə gəldi. Həmin görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşdı.

DÇ-2018

1/8 final

2 iyul

19:00. Braziliya - Meksika

Hakimlər: Canluka Rokki, Elenito Di Liberatore, Mauro Tonolini (hamısı İspaniya), Antonio Migel Mateu Laos, Pau Sebrian Devis (hər ikisi İspaniya)

Samara, "Samara Arena"

23:00. Belçika - Yaponiya

Hakimlər: Malanq Dyodiu, Cibril Kamara, Əl-Hacı Samba (hamısı Seneqal), Bakari Qassama (Qambiya), Jan Klod Birumuşahu (Burundi)

Rostov-Don, "Rostov Arena"

Qeyd edək ki, bu iki qarşılaşmanın qalibləri iyulun 6-da keçiriləcək 1/4 final matçında bir-birilərinə rəqib olacaqlar. Növbəti mərhələnin ilk 2 görüşündə isə iyulun 6-da Uruqvay Fransa ilə, iyulun 7-də Rusiya Xorvatiya ilə qarşılaşacaq.



Әlaqәli Xәbәrlәr