Bu gün DÇ-2018-də üç oyun keçiriləcək

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək.

994739
Bu gün DÇ-2018-də üç oyun keçiriləcək

Rusiyadakı dünya çempionatında bu gün daha 3 görüş keçiriləcək.  Məlumata görə, bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

H qrupunda mübarizə Kolumbiya – Yaponiya görüşü ilə başlayacaq.  Qrup mərhələsində ilk tura Polşa – Seneqal qarşılaşması ilə yekun vurulacaq. 

Günün son duelində isə II turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidir. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

Dünya çempionatı

19 iyun

H qrupu

16:00. Kolumbiya – Yaponiya

Saransk, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal

Moskva, “Spartak” stadionu

A qrupu

22:00. Rusiya – Misir

Sankt-Peterburq, Şəhər stadionu



Әlaqәli Xәbәrlәr