Mayın 10-da Türkiyə kubokunun finalı keçirildi

“Yeni Diyərbəkir” stadionunda “Akhisarspor” “Fənərbağça” ilə üz-üzə gəldi. Qarşılaşmanın favoriti sayılan “Fənərbağça” 2:3 hesabı ilə məğlub oldu.

968359
Mayın 10-da Türkiyə kubokunun finalı keçirildi

“Yeni Diyərbəkir” stadionunda “Akhisarspor” “Fənərbağça” ilə üz-üzə gəldi. Qarşılaşmanın favoriti sayılan “Fənərbağça” 2:3 hesabı ilə məğlub oldu.

Oyunda hesabı “Akhisarspor” komandası açdı. Qarşılaşamanın 32-ci dəqiqəsində Mişel Lopes fərqləndi - 1:0. Hər iki komandanın qarşılıqlı hücumları olsa da, hesab dəyişilmədi. Fasilədən sonra fənərlilər hesabı bərabərləşdirməyə nail oldular. Fernandao adını tabloya yazdırdı - 1:1. Oyunun 70-ci dəqiqəsində A.Sissoko dəqiq zərbə ilə “Akhisarspor”u hesabda yenidən irəli çıxardı - 2:1. Qoldan on dəqiqə sonra Helder Barboza hesab arasındakı fərqi iki topa çatdırdı - 3:1. Matçın son nöqtəsini isə Aykut Kocamanın yetirmələri Souzanın sayəsində qoydu - 3:2. İrəli atılan “Fənərbağça” klubu hesabı dəyişə bilmədi. Nəticədə, “Akhisarspor” klubu 3:2 hesabı ilə qələbə qazandı. Tarixində ilk dəfə Türkiyə kubokunu qazanan “Akhisarspor” komandası növbəti mövsümdə Avropa Liqasında çıxış etmək hüququ da qazandı.



Әlaqәli Xәbәrlәr