Qalatasaray- Reyer matçı sabah oynanacaq

Basketbol  üzrə   Qalatasaray Qadın Komandası sabah FIBA Avropa Kuboku finalının ikinci matçında İtaliyanın Reyer komandası  ilə qarşılaşacaq.

953063
Qalatasaray- Reyer matçı sabah oynanacaq

Venedikdə,  Taliercio İdman Salonunda  oynanacaq  matç  Türkiyə  vaxtıyla   saat  21.00-də  başlayacaq. 

Qeyd  edək  ki,  Qalatasaray İstanbuldakı  ilk qarşılaşmada  rəqibini 90-68  hesabla    məğlub  etmişdi. Sarı-qırmızılı komanda, cavab   matçda   qələbə  qazansa  da  məğlub  olsa  da    kubokun  sahibi   olacaq. 

Sarı-qırmızılı qrup, 2008-2009 mövsümündə FIBA Avropa Kuboku və 2013-2014 mövsümündə FIBA Avropa Liqası çempionu  olub.



Әlaqәli Xәbәrlәr