Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən futbol turniri başa çatıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə İstanbulda keçirilən futbol turniri başa çatıb.

952215
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə keçirilən futbol turniri başa çatıb

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə qardaş ölkənin İstanbuldakı baş konsulluğunun təşəbbüsü, ölkəmizinə Xarici İşlər Nazirliyinin və Futbol Federasiyasının dəstəyi ilə keçirilən futbol turniri uğurla başa çatıb.

AZƏRTAC-ın xəbərinə əsasən, İstanbuldakı baş konsulluqların kollektivlərindən təşkil olunan, eləcə də İstanbul valiliyinin komandaları arasında keçirilən turnirə aprelin 15-də yekun vurulub.

Turnir çərçivəsində Türkiyə Futbol Federasiyasının İstanbuldakı “Riva” idman kompleksində ümumilikdə 20-dən artıq oyun keçirilib.

Finalda “Qırğızıstan”–“Özbəkistan” “Azərbaycan”-“Ukrayna” komandaları qarşılaşıb. Finalın qalibi “Qırğızıstan” komandası olub. İkinci yeri “Özbəkistan”, üçüncü yer isə “Azərbaycan” komandası tutub. “Ukrayna” isə dördüncü yerlə kifayətlənib.

Sonda qalib komandalara, ən yaxşı futbolçulara, eləcə də təşkilatçılara mükafatlar təqdim olunub.

Final yarışların izlənməsində və mükafatlandırma mərasimində iştirakçı komandaların təmsil olunduqları ölkələrin baş konsulları, İstanbul valiliyinin təmsilçiləri və digər rəsmi şəxslər iştirak ediblər.



Әlaqәli Xәbәrlәr