"Real Madrid" Çempionlar liqasında yarımfinalda

Futbol üzrə Çempionlar Liqasında son 2 yarımfinalçı da müəyyənləşib.

949660
"Real Madrid" Çempionlar liqasında yarımfinalda

Bunlar Almaniyanın "Bavariya" və İspaniya nəhəngi "Real Madrid" klublarıdır. Münhen komandası 1/4 final mərhələsində İspaniya "Sevilya"sını mübarizədən kənarlaşdırıb. Cütün taleyi ötən həftə keçirilmiş ilk görüşdə həll olunub. Yupp Haynkesin baş məşqçi olduğu kollektiv səfərdə 2:1 hesablı qələbə qazanıb. Cavab oyunu isə qolsuz bərabərliklə yekunlaşıb - 0:0.

"Real Madrid" də İtaliya "Yuventus"unu üstələyib."Bavariya"dan əvvəl İngiltərənin "Liverpul" və İtaliyanın "Roma" klubları da yarımfinala yüksəlib.

Qeyd edək ki, 4 il ərzində üç dəfə çempion olan "Real Madrid" ardıcıl olaraq 8-ci dəfə çempionlar liqasında yarımfinalçı olub.

 



Әlaqәli Xәbәrlәr